İqtisadiyyat
19 noyabr 2020
36

“SAB” məhsulların halallığına tam zəmanət verir

“SAB” məhsulların halallığına tam zəmanət verir


Azərbaycanın qida sektorunda öz keyfiyyəti ilə seçilən “SAB” şirkətinin rəhbərliyi Xırdalanda yerləşən istehsalat zavodunun qapıları hər zaman siz müştərilər üçün açıqdır. Gəlin, hallalığımızı gözlərinizlə görün”

"SAB" brendi 1998-ci ildə əsası qoyulan "Zəhmət-Ruzi" MMC-nin tərkib hissəsi olaraq yüksək keyfiyyətli ət və süd istehsalını, eləcə də emalını həyat keçirir. Xırdalan şəhərində yerləşən zavodumuz ən müasir avadanlıqlı istehsal sahələri, laboratoriyalar, anbarlar və daşınma sistemləri ilə təchiz olunub. İstehsal demək olar ki, tam avtomatlaşdırılıb və prosesə daxil olan avadanlıqlarımız Almaniya, İtaliya və Polşadan gətirilib. Bütün bu sistemi isə hər biri öz sahəsinin peşəkarı olan 150-dən çox əməkdaşımız idarə edir. Şirkətimiz öz sektoru üzrə təqribən 15% bazar payı ilə ölkəmizin kolbasa, süd və delikates məhsulları istehsalında qabaqcıl yer tutur. Bütün bölgələrimizdəki ticarət nöqtələrində məhsullarımız təmsil olunur. Qeyd edək ki, məhsul çeşidlərimizin sayı ümumilikdə 100-dən çoxdur. Hər bir məhsulumuz isə "müasir texnologiya - unikal reseptura - keyfiyyətə daimi nəzarət" üçlüyü əsasında hazırlanır. Bunun nəticəsidir ki, məhsullarımız bir çox yerli və beynəlxalq qida sərgilərində dəfələrlə qalib olub, mükafatlara layiq görülüb. Fəaliyyətimiz halallıq, düzgünlük, ekoloji təbiilik, daimi inkişaf, şəffaflıq və məsuliyyətlilik prinsipləri üzərində qurulub. Əsas fəlsəfəmiz isə alıcıların istəklərini diqqətlə dəyərləndirmək və bu istəklərə uyğun ən yüksək keyfiyyətdə məhsul ərsəyə gətirməkdir. Keyfiyyətimizin əsas göstəricisi Qafqaz Müsəlmanları İlan təqdim etdiyi halallıq zəmanəti, həmçinin beynəlxalq səviyyəli ISO və ICRIC (Halal) sertifikatlarıdır. “Zəhmət- Ruzi” MMC-nin “SAB” nişanlı kolbasa və süd məhsullarının istehsalı Azərbaycan istehlakçılarının Qida Təhlükəsizliyi Nişanı (AİQTN) proqramının tələblərinə uyğun olduğuna görə PLATİN səviyyəli Qida Təhlükəsizliyi Nişanına layiq görülmüşdür. İstehsalda yalnız təzə, yerli ət və süd məhsullarından istifadə edən müəssisə sağlam qidalanma üçün ən düzgün seçimdir. Bildirildi ki, Qafqaz Müsəlmanları İdarəsi, Azərbaycanda ilk dəfə olaraq, islamın bütün qaydalarına uyğun, halallıq prinsipləri ilə hazırlandığına görə «SAB» ticarət nişanlı məhsulların keyfiyyətinə təminat vermişdir.
İstehsala başladığımız ilk gündən bəri məhsullarımızın insan sağlamlığına təsirinin fərqində olaraq bu yanaşmanı tədarükçü və müştərilərimizlə qarşılıqlı münasibətlərdə əks etdirməyə çalışmışıq. Ən əsası isə daim istehlakçılarımızın sağlamlığını və damaq dadını ön planda tutaraq "özümüzə rəva bilmədiyimiz məhsulu müştəriyə satmamaq" düsturundan kənara çıxmamışıq. Hətta istehsal və emal prosesinin tam şəffaflığını əks etdirmək üçün zavodumuzda hər günü "açıq qapı günü" elan etmişik. Hazırda qarışımızdakı əsas məqsəd yerli bazarın tələbatını tam qarşıladıqdan sonra gələcəkdə "SAB" - "Made In Azerbaijan" brendi ilə dünya bazarına çıxmaqdır.


“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir“SAB” məhsulların halallığına tam zəmanət verir