Gündəm, Cəmiyyət
21 aprel 2021
198

Dilarə Məmmədəliyeva: Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir

Dilarə Məmmədəliyeva: Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir


2 nömrəli Bakı Baza Tibb kolleci 1975-ci ildən fəaliyyət göstərir. Kollecdə 7 ixtisas üzrə orta tibb kadrların hazırlığı və onların təkmilləşməsi prosesi həyata keçirilir:

1. Feldşer

2. Mama

3. Sanitar-feldşer

4. Diş texniki

5. Əczaçı

6. Tibb bacısı

7. Feldşer-laborant

2 nömrəli Bakı Baza Tibb kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd (diplom) vermək hüququnu təsdiq edib. Bu günə qədər kollecin 32 minə yaxın tələbəsi məzun olub.

Bu gün səhiyyə və təhsil sahəsində aparılan islahatlar, həyata keçirilən yeni layihələr təhsildə inkişaf deməkdir. Kollecin məqsədi orta ixtisas təhsilinin müasir standartlar səviyyəsində qurulması, ölkəmizi savadlı və peşəkar kadrlarla təmin etməkdir. İslahatların həyata keçirilməsi ilə əlaqədar kollecdə bir sıra mühüm işlər görülür. Görülən işlərin siyahısında:

• Kollecdə 19 fənn birləşmə komissiyası mövcuddur.

• Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin göstərişi ilə orta tibb işçilərinin sertifikasiya imtahanlarının test suallarının hazırlanması kollecimizin müəllimlərinə tapşırılıb. Belə ki, orta tibb işçilərinin peşəkarlıq səviyyəsini yoxlamaq üçün kollecin müəllimlərindən yaradılan işçi qrup tərəfindən hazırlanmış testlər düzgün izahlı cavablarla tam şəkildə tərtib edilibdir. 10 mindən çox test tapşırıqları, situasion məsələlər hazırlanıb sertifikasiya mərkəzinə təqdim olunub. Mütəmadi olaraq yeni testlər əlavə olunur.

Hazırda kollecdə 1827 tələbə təhsil alır. Təhsil ödənişli və ödənişsiz əsaslarla keçirilir. Eyni vaxtda diplomdansonrakı təkmilləşmə kursları fəaliyyət göstərir.

• 2015-ci ildən “Virtual Test Sistemi” lahiyəsi uğurla tətbiq edilir, tələbələrin biliyinin qiymətləndirilməsi şəffaflıq və obyektivliklə təmin edilir.

• Kollecdə tələbələrə kömək göstərmək məqsədilə “Qiymətləndirmə və monitorinq” bölməsi, akademik məsləhətçilər (tyutorlar) xidməti təşkil olunub;

• Orta tibb işçilərinin diplomdansonrakı təkmilləşdirmə şöbəsində 7 ixtisas üzrə kurs və 20-yə yaxın tematik kurslar keçirilir. 2021-ci ildə ölkəmizdə immunlaşma prosesinə start verildiyinə görə “İmmunlaşdırma” kursların təşkilinə kollecin müəllimləri cəlb olunub və minə yaxın orta tibb işçisi artıq bu təlimlərdə iştirak edib lazımı biliklərə yiyələniblər.

• İl boyu tələbələrə mədəni davranış qaydaları aşılanır, orta tibb işçisinə məxsus şəfqət hissi, tibb işçisinin deontologiyası mövzusunda söhbətlər aparılır. Aktual mövzulardan olan İİV, narkomaniya, və digər bəlaların yaranma səbəbləri və aradan qaldırılması yollarına həsr olunmuş tədbirlər, konfranslar keçirilir.

Müstəqil Dövlətimizin süverenliyi və ölkəmizin ərazi bütövlüyü üçün tarixi əhəmiyyət kəsb edən Vətən Müharibəsi günlərində 2 nömrəli Bakı Baza Tibb kollecinin müəllim-tələbə heyəti də ordumuza dəstək olub. Ordumuzun bu mübarizədə qazandığı qələbələrdən ruhlanan tələbələrimiz könüllü olaraq ordu sıralarına yazılıblar onlarla tələbə ön və arxa cəbhədə Vətənə xidmət ediblər. Vətən Müharibəsi iştirakçıları olan bir neçə tələbə Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə medallarla təltif olunublar. Vətən müharibəsinə könüllü yollanan kollecinin müəllimi Mürsəl Kazımov qəhrəmancasına şəhid olub.

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva - Azərbaycanda şəhid və qazi ailələrinə dövlət tərəfindən hər cür yardım edilir və dövlətimizin sosial siyasətinin mərkəzində duran ən əsas məsələlərdən biri də məhz bu istiqamətdə fəaliyyətin yüksək səviyyədə təşkil olumasıdır. Ayrı-ayrı vətəndaşlarımızın da şəhid və qazilərimizin ailələrinə bu və ya digər formada yardım etmək istəyinin kütləvi olması həmin sahədə bir koordinasiya fəaliyyətini zəruri edirdi ki, yeni yaradılan "YAŞAT" Fondu da məhz bu funksiyanı yerinə yetirir.

Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir və Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilərin sosial ehtiyacları dövlət üçün prioritet təşkil edir. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da ölkə başçısının siyasətinin əsas istiqamətlərindən biridir.

Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış "YAŞAT" Fondu ərazi bütövlüyümüzün bərpası uğrunda yaralananların və şəhid ailələrinin sosial təminatını daim diqqətdə saxlayır.

Bu fondun yaradılması sadəcə belə ailələrin sosial problemlərinin həll edilməsi deyil, həm də cəmiyyətimizdə yardımlaşma ruhunun möhkəmlənməsinə mühüm töhfə verir. Qazandığımız tarixi zəfərdən sonra bütün vətəndaşlarımız bu prosesə müəyyən töhfə verməklə iştirakçı olmağa çalışır. Belə əhval-ruhiyyə ictimai həmrəyliyi artırmaqla həm də milli birliyimizi gücləndirir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır. Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün yaradılıb.

Müharibədən az bir müddət keçməsinə baxmayaraq, şəhidlərimizin 14 min ailə üzvü və 10 minədək yaralanan şəxslərlə görüşlər keçirilib, onların birinci dərəcəli ehtiyacları müəyyənləşdirilib. Öhdəliyə götürülmüş şəxslərin sayı 5275 nəfərdir. Reallaşdırılmış ödənişlərin sayı 4141-dir. Fond tərəfindən həyata keçirilmiş ödənişlər əsasən məişət şəraitinin yaxşılaşdırılması, tibbi xərclərin ödənilməsi, borc öhdəliklərinin qarşılanması, təhsil xərclərinin ödənilməsi istiqamətlərindədir. Qarabağ müharibəsi əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi daim Prezident İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.