Maraqlı
06 noyabr 2020
52

Ekspert topçu Vüsalın təhsil almasına kömək edəcək - FOTO

Ekspert topçu Vüsalın təhsil almasına kömək edəcək - FOTO


Son günlər ən çox müzakirə olunan topçu Vüsal Şahkərimovun təhsili ilə bağlı ödənişsiz hazırlıq keçməyini təhsil eksperti Elçin Əfəndi öz üzərinə götürüb.
O, bu barədə facebook səhifəsində məlumat verib:

“ Bu igid Vüsal Şahkərimovun Ali təhsil müəssisələrinə qəbul üzrə ödənişsiz hazırlığını üzərimə götürür və onun ödənişsiz Ali təhsil müəssisəsinə qəbulunu da həyata keçirməyi şəxsən üzərimə götürürəm!”,- deyə E.Əfəndi qeyd edib.

Xatırladaq ki, Vüsalın təhsil haqqının müğənni-aparıcı Mehin Hümbətova tərəfindən də ödəniləcəyi deyilirdi.

Ekspert topçu Vüsalın təhsil almasına kömək edəcək - FOTO