Bölgə
29 oktyabr 2020
338
Bərdədəki Olimpiya Mərkəzi ermənilər tərəfindən dağıdılıb

Bərdə şəhərindəki Olimpiya Mərkəzi Ermənistan silahlı qüvvələrinin artilleriya atəşləri nəticəsində dağıdılıb.
Bu barədə Milli Olimpiya Komitəsi məlumat yayıb.
"Olimpiya dəyərlərinə zidd olan, Azərbaycan idman ictimaiyyətinə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətləri şiddətlə qınayırıq. Yaxınlarını itirən ailələrə başsağlığı və yaralılara isə şəfa diləyirik", - paylaşımda bildirilib.
Qeyd edək ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərindəki mülki şəxsləri və ticarət obyektlərini beynəlxalq hüquqla qadağan edilmiş kassetli raketlərlə vurması nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.







Daha çox xəbər:

Bərdəyə raket atılması nəticəsində 20 nəfər ölüb, 60 şəxs yaralanıb - YENİL ...
Kriminal
Baş Prokurorluq: Ermənistanın təxribatı nəticəsində mülki əhalidən 55 nəfər ...
Hadisə
Erməni təcavüzü nəticəsində 14 mükli sakin ölüb, 46 nəfər yaralanıb - RƏSMİ
Kriminal
Ermənilər Azərbaycanın 10 mülki vətəndaşını qətlə yetirib, 30 nəfər yaralan ...
Ölkə
“Azərbaycanın yanındayıq” - Türkiyə XİN
Siyasət