Gündəm, Siyasət
03 aprel 2026
4
Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçəcək

Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Heydər Əliyev-2026” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi (MN) məlumat yayıb.
Bildirilib ki, Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahından hərəkətə başlayan bayraq taqımı Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə - Araz çayı üzərindəki “Ümid” körpüsünə doğru yürüşə başlayıb. Eyni zamanda, Türkiyənin bayraq taqımı da Qars şəhərindən mərasimin keçiriləcəyi ünvana doğru yürüş edib.
“Ümid” körpüsündə Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı ifa edildikdən sonra bayraqların dəyişmə mərasimi olub.
Sonra təlimə cəlb ediləcək şəxsi heyət və hərbi texnikaların təlim yerinə yola salınması münasibəti ilə keçirilən tədbirdə ƏÜO komandanı general-leytenant Kənan Seyidov çıxış edərək birgə hərbi təlimin əhəmiyyətindən danışıb, təlim iştirakçılarına uğurlar arzulayıb.
Tədbirdən sonra təlimə cəlb ediləcək bölmələr Naxçıvan şəhərindən yola düşüblər.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd müasir döyüşün prinsiplərinə uyğun birgə əməliyyatların planlaşdırılması və icrası, koordinasiyanın təşkil edilməsi, döyüşün hərtərəfli təminatı üzrə təcrübə mübadiləsinin aparılması və şəxsi heyətin bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Təlimin planına əsasən müxtəlif şəraitlərdə döyüş, eyni zamanda xüsusi tapşırıqlar icra olunacaq.
Daha çox xəbər:

Təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika təlim bölgəsinə yola düş ...
Cəmiyyət, Video
Qarabağda Türkiyə ilə birgə Yüksək Texnologiyalar Parkı yaradılacaq
İqtisadiyyat
Türkiyə hərbçiləri “Əshabi-Kəhf”də – FOTOLAR
Dünya
Ölkəmizdə Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri keçiriləcə ...
Siyasət
Azərbaycan Ordusu dağlıq ərazidə təlim keçirdi — VİDEO
Cəmiyyət