Bölgə
08 yanvar 2021
415
Biləsuvarın Təzəkənd kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib - FOTO

Biləsuvar rayonu ərazisində Vətən müharibəsində şəhid olanların xatirəsinin əbədiləşdirilməsi üçün lazım olan tədbirlər görülür.
“Report” xəbər verir ki, bu məqsədlə rayonunun Təzəkənd kəndində Şəhidlər kompleksi yaradılıb. Kompleksdə kəndin altı şəhidinin xatirəsi əbədiləşdirilib.
Burada həmin şəhidlər haqqında məlumat lövhələri quraşdırılıb. Eyni zamanda bulaq da inşa edilib.
Qeyd edək ki, I Qarabağ savaşında bu kənd dörd şəhid verib - Tacəddin Quliyev, Şirinov Ruslan, Manafov Fərqan, Bayramov Əlizadə. Vətən müharibəsində isə kənd iki şəhid verib - Amid İsmayılov, Əhmədli Elməddin.


Daha çox xəbər:

Vətən Müharibəsində şəhid olan Siyasət Mustafayevin döyüş yolu - FOTO
Ölkə
Azərbaycan xalqı Şəhidlər xiyabanını ziyarət edir
Cəmiyyət
Azərbaycan ərazisində şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edili ...
Gündəm, Ölkə
Biləsuvarda şəhid dəfn edildi - FOTO
Ölkə
Birinci Qarabağ müharibəsində şəhid olan qardaşının qisasını Vətən müharibə ...
Cəmiyyət