Bölgə
25 fevral 2021
1144
Rüstəm Xəlilov: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR
Hacıqabul rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Hacıqabul rayonunda Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi.
Hacıqabul rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirildi. Rayonun hüdudları daxilində 613 ədəd həmişəyaşıl ağaclar əkilib.
Aksiya çərçivəsində soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə 573 ədəd göyrüc, 20 ədəd sərv və 20 ədəd tuya ağacları əkilmişdir. Əkilən ağaclar suvarılmış və ağaclara aqrotexniki qulluq göstərilmişdir.
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov - Bəşəriyyətə qarşı törədilmiş ən qanlı, ən faciəli qırğınlardan biri olan Xocalı faciəsindən 29 il ötür. Lakin 29 il ötməsinə baxmayaraq həmin müdhiş gün, o dəhşətli gecə bizim yaddaşımızda qalmaqdadır və əbədi olaraq da qalacaqdır. Beynəlxalq hüquqa görə soyqırım sülh və insanlıq əleyhinə yönələn əməldir və ən ağır cinayət hesab edilir.
Tarix boyu xalqımızın başına gətirilən bütün faciələr azadlıq, müstəqillik uğrunda mübarizə aparmağımız, bu yoldan çəkilməməyimiz səbəbindən başımıza düşmənlərimiz tərəfindən gətirilmişdir. Bu səbəbdən də o, həm də qanla yazılan qəhrəmanlıq tarixi kimi qeyd edilə bilər. Ona görə də bu tarix həmişə geniş təbliğ edilməli, gələcək nəsillərə ötürülməlidir.Mənfur düşmənlərin xalqımıza qarşı törətdikləri soyqırımları, faciələri heç vaxt unutmaq olmaz! 31 mart soyqırımı, 20 Yanvar faciəsi, Xocalı faciəsi və,s hər biri Azərbaycan xalqının sağalmaz yarasıdır. 30 ilə yaxın zaman ərzində rusların köməyi ilə Azərbaycanın 20 faizdən çox torpaqlarımızı işğal altında saxlayan erməniərin tapdağından ali baş komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun gücü hesabına 44 gün ərzində azad edilməsi yuxarıda sadalanan xalqın dərin yaralarına bir məlhəm oldu. Bu qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Şərəf hissi ilə qeyd edə bilərəm ki, müxtəlif yollarla əl atan düşmənlər heç vaxt Azərbaycan xalqını sındıra, diz çökdürə bilmədilər. Bəşər tarixində dərin iz qoyan və minillik tarixə malik Azərbaycan xalqı qədim zamanlardan indiyə qədər yaşamış, yaratmış, böyük dövlətlər qurmuş və həmişə düşmənlərini məhv etmişdir! Xalqımız əbədi yaşamağa layiq olan xalqdır və bunu tarixin müxtəlif dövrlərində sübut etmişdir. 44 günlük vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının müasir dövrdə özünün əbədi yaşamağa layiq olan xalq kimi bir daha sübut etməsi idi.
Daha çox xəbər:
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi nümayiş etdirili ...
Dünya, VideoABŞ-ın daha bir şəhərində Xocalı soyqırımı barədə qərar qəbul edildi - FOTO
Dünya20 Yanvar faciəsindən 31 il ötür
CəmiyyətRüstəm Xəlilov: Müstəqil Azərbaycan dövləti bundan sonra uğurla, inamla ink ...
BölgəAzərbaycan Prezidenti: "Biz informasiya müharibəsində qələbə qazandıq"
Siyasət