Bölgə
21 avqust 2020
1233
Qobustanda icra başçısı tərəfindən tənqid olunmuş Mərziyə xanımla bağlı yazıya TƏKZİB
Qobustan Rayon İcra hakimiyyəti tərəfindən
Xəbərim.İnfo saytının baş direktoru
Xanım Dilşad Əhmədovaya
Xəbərim.İnfo saytının baş direktoru
Xanım Dilşad Əhmədovaya
Hörmətli Dilşad xanım!
Sizin saytınızda Qobustan rayon Xilmilli kəndində yaşayan kənd sakinləri tərəfindən Qobustan rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov haqqında verilən məqaləyə əsasən bildiririk ki, saytda adı çəkilən kənd sakini Məmmədova Mərziyə Canış qızı onun adından yazılan məlumatları eşidərək çox hiddətlənmiş və qeyd etmişdir ki, bu məlumatlar mənim yaşıma yaraşmır, şər və böhtan xarakterlidir.
Mərziyə Məmmədova bildirmişdir ki, mən 81 yaşlı və səhhətimdə problem olan bir qadınam, yazı-pozu nədi bilmirəm. O, bildirmişdir ki, şəxsən mən İcra başçısı cənab Adil Məmmədovun qəbulunda olmamışam,heç bir təhqirə məruz qalmamışam. Mən sadəcə kənddə baş vermiş təbii fəlakətlə bağlı mənə dəymiş ziyana görə İcra nümayəndəsinə müraciət etmişəm və köməklik göstərməsini xahiş etmişəm.
Əlavə olaraq bildiririk ki, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov həmişə rayon əhalisinin arasında olan, onların problemlərinə diqqətlə yanaşan, qayğıkeş, humanist və təcrübəli bir İcra başçısıdır. Onun haqqında saytda yazılanlar tamamilə yanlışdır.
Qobustan rayon İcra hakimiyyəti başçısının
müavini-İctimai, siyasi və humanitar məsələlər
şöbəsinin müdiri Təranə Güləliyeva
Daha çox xəbər: