Cəmiyyət
17 iyul 2020
363
“Ermənilər yüzə yaxın hərbi qulluqçusunu itirib” - MN
“Kütləvi informasiya vasitələrimizdə Ermənistanın İstintaq Komitəsinə istinadən son döyüşlərdə erməni tərəfinin guya 4 nəfər hərbi qulluqçusunu ölü və 36 nəfərini isə yaralı olaraq itirməsi barədə məlumat yayılıb”.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu xəbər tamamilə yalandır və reallığı əks etdirmir.
“Tovuz rayonu istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin bölmələri ölü və yaralı olaraq yüzə yaxın hərbi qulluqçusunu itirib. Həmişə olduğu kimi Ermənistan öz hərbi itkilərini ictimaiyyətindən gizlətməyə səylə çalışır. Ancaq bir müddət sonra həqiqət üzə çıxacaq və onlar itkiləri etiraf etmək məcburiyyətində qalacaqlar.
Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrini təxribata uymamağa, Ermənistan mətbuatı tərəfindən yayılan yalan məlumatları tirajlamamağa və düşmənin dezinformasiyalarını ifşa etməyə çağırırıq”.
Daha çox xəbər:
“Ermənilər pis döyüşdükləri qədər pis saxtalıqlar yaradırlar”
KriminalŞəhid olan 24 yaşlı hərbçimiz - Foto
Gündəm, ÖlkəErmənistan döyüşdəki itkilərini açıqlayıb
DünyaErmənistan cəbhədəki itkilərini etiraf etməyə başladı
DünyaErmənistan tərəfinin təxribatı Azərbaycan Ordusunun gücünü bir daha nümayiş ...
Siyasət