Cəmiyyət
17 iyul 2020
230
Bizim qayğıkeş polislərimiz
Zamanla qayğılarımız artanda daşıdığımız nəinki fikir, düşüncə yükü, eləcə də əlimizin ağır zənbili ətrafımızdakıların diqqətini çəkir. Bu gün səhər Salyan şəhər Heydər Əliyev parkından keçərkən də belə oldu. Məndən qabaqda gah gedib, gah da əlindəki zənbilləri yerə qoyub başına örtdüyü, şalı ilə tərini silən qadına çatıb ona köməyə tələsdim. Sən demə, məndən savayı da onu görən varmış. Parkdakı rayon Polis şöbəsinin əməkdaşları özlərini yetirdilər. Çox təsirləndim. Eyni zamanda qürurlandım. Tez telefonumla onların şəklini çəkdim. Demək ki, hər zaman asayişimizin keşiyində duranlar qayğılarını, mərhəmət, yardım etmək hisslərini də bizdən əsirgəmirlər.
Qarşı tinə çatıb zənbilləri təhvil verəndə qadının: «Geydiyiniz forma halalınız olsun!» dualarını eşitdim. Mən də sakitcə: «Amin!»,-dedim.
Budur bizim polislərimiz, onlar asayişi qorumaqla yanaşı vətəndaşların qayğısına qalır, öz nümunəvi davranışları ilə hər kəsə örnək olurlar.
Daha çox xəbər:
Əliyev gecəki yürüşdən danışdı - “Bu addımı alqışlayıram”
SiyasətBaş prokurordan YENİ TƏYİNATLAR
Siyasət“Üzeyir Mehdizadəyə görə taksi sürücüsü məndən pul almadı” — Kənandan maraq ...
Şou biznesKoronavirusa yoluxan deputatdan xəbər var — “Sağalmaq üzrəyəm”
CəmiyyətBraziliyada koronavirusdan 1 sutkada 1282 nəfər öldü
Dünya