Cəmiyyət
21 iyul 2020
398
Azərbaycanda sabiq nazir vəfat etdi

Uzun müddət yüksək vəzifələrdə çalışmış tanınmış iqtisadçı Nailə Bağırova vəfat edib.
1989-1996-cı illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri vəzifəsini tutmuş, Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatı Nailə Bağırova 81 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, Bağırova Nailə Ağadadaş qızı 1939-cu ildə Bakı şəhərində anadan olub. Ali təhsilini Azərbaycan Dövlət Universitetində alıb. O, əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.
Nailə Bağırova “Şərəf nişanı” ordeni ilə təltif edilib. Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.
Allah rəhmət eləsin.(parla.az)

Daha çox xəbər:

SON DƏQİQƏ:Azərbaycan mədəniyyətinə AĞIR İTKİ ÜZ VERDİ — Görkəmli aktrisamı ...
Ölkə
Azərbaycan mədəniyyətinə ağır İTKİ — Teatrın direktoru koronavirusdan VƏFAT ...
Cəmiyyət
Bu gün Anar Məmmədxanovun doğum günüdür
Şou biznes
Yeni təyin olunan XİN rəhbəri kimdir — DOSYE
Siyasət
İzzət Bağırova görə aparıcı Nanəyə TÖHMƏT VERİLİB — İLGİNC SƏBƏB - FOTO
Gündəm, Şou biznes