Cəmiyyət
22 iyul 2020
377
Hövsan Yaşayış Kompleksindən hərbi qulluqçulara 803 mənzil ayrılıb

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) növbəti dövlət sifarişinin reallaşdırılmasına başlayıb.
Bu barədə “report”-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, dövlət başçısının “Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın müraciətinə əsasən MİDA-nın Hövsan Yaşayış Kompleksindəki 2 962 mənzilindən 803-ü hərbi qulluqçular üçün ayrılıb. Həmin mənzillərdən 8-i 1 otaqlı, 22-si 2 otaqlı, 472-si 3 otaqlı, 301-i isə 4 otaqlıdır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin edilib.
MİDA indiyə qədər dövlət sifarişi əsasında Yasamal Yaşayış Kompleksindən 21 mənzil, Hövsan Yaşayış Kompleksindən isə ümumilikdə 1 112 mənzil ayırıb.

Daha çox xəbər:

Prezident Xalq artistinə doğum günündə mənzil bağışladı — FOTO
Gündəm, Siyasət
Prezidentlə xanımı Gəncədədir
Gündəm, Siyasət
İlham Əliyev və Mehriban Əliyeva Gəncədə inşa edilən yaşayış kompleksinin t ...
Gündəm, Ölkə
419 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Cəmiyyət
Şəhid ailələri və müharibə əlillərinə avtomobil və mənzillər verildi — FOTO
Cəmiyyət