Cəmiyyət
24 iyul 2020
330

Qax rayon polis idarəsinin Tərlan adlı sravi polisi vətəndaşa ağır əzab verərək döyüb

Qax rayon polis idarəsinin Tərlan adlı sravi polisi vətəndaşa ağır əzab verərək döyüb


Respublikaxəber.az-a verilən məlumata görə Şəki rayon Baş Şabalıd kənd sakini Güluyev Xanlar Ağasəf oğlu Qax rayon Polis İdarəsinin inzibati binasında döyülərək ona əzab verilmişdir.

Qax rayon polis idarəsinin Tərlan adlı sravi polisi vətəndaşa ağır əzab verərək döyüb


Belə ki, redaksiyamızın qaynar xətt nömrəsinə Şəki rayon Baş Şabalıd kənd sakini Gülüyev Xanlar Ağasəf oğlu zəng edərək bildirmişdir ki, o bir neçə aydır ki, Qax rayon Qıpçaq kəndinin mərkəzində icarəyə kafe götürərək həyat yoldaşı ilə birlikdə işlədib. 18 iyul 2020-ci il tarixdə gecə saatlarında kafeyə yad bir xanımın müştəri qismində gəlməsinə görə Xanlarla həyat yoldaşı arasında qısqanclıq səbəbindən mübahisə yaranmışdır. Mübahisə zamanı Xanlar içkili olduğundan həyat yoldaşını sözlə, ölümlə hədələmişdir. Həyat yoldaşı əsəbləşərək DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir.102-yə verilən məlumat əsasında 18 iyul 2020-ci il tarixdə gecə saat 04:00 radələrində Qax rayon polis idarəsinin bir neçə nəfərdən ibarət olan əməliyyat qruppası hadisə yerinə gəlmişdir. Onlar gələrək Gülüyev Xanlar Ağasəf oğlunu və həyat yoldaşını Qax rayon polis idarəsinə aparmışdılar. Xanlar Gülüyevin dediklərinə görə onu ora apardıqdan sonra onun sərxoşluğunu müəyyən edib, bölməyə gətirərək Xanlara əzab vermişdilər. Belə ki, onun bədəninin müxtəlif yerlərinə şillə, təpik və yumruqlarla zərbələr endirmişdir və ona 200 dəfə sinəsini döşəməyə (jim) vurmağı tələb etmişdir. Xanlar Gülüyev 20 dəfə sinəsini döşəməyə vurduqdan sonra daha edə bilməyəcəyini dedikdə onu yenidən döyərək, ona əzab vermişdilər. Və sonra Xanlar Gülüyevi Qax rayon polis idarəsinin saxlanc yerinde (reşotkanın içərisində olan otaqda) 4 saat saxlamışdılar. Səhər açılan zaman tədqiqatçı Ramil adında bir əməkdaş Xanlar Gülüyevin izahatını aldıqdan sonra onu sərbəst buraxmışdır. Xanlar Gülüyev həmin vaxt bədənində ağrıları hiss etmədiyindən, sonradan bədənində ağrılar artdığından polis əməkdaşı tərəfindən döyülməsi sirrini qardaşı Elyaz Gülüyevə açıb demişdir. Bundan sonra Elyaz Gülüyev Qax rayon polis idarəsinə gedərək Xanlar Gülüyevin verdiyi məlumat əsasında Qax rayon polisi ilə söhbətləşmişdir. Söhbət zamanı polis idarəsində təhqiqatçı Ramil Xanların polis sravisi Tərlan adlı şəxs tərəfindən döyülmədiyini bildirmişdir. Lakin bundan sonra Xanlar Gülüyev Qax rayon prokurorluğuna ərizə ilə müraciət edərək orada izahatını yazmışdır. Və Qax rayon prokurorluğunda məhkəmə tibbi ekspertiza həkimi gələrək Xanların bədənində olan müxtəlif xəsarətlərin foto rəsmlərini götürərək çıxmışdır. Hal-hazırda Qax rayon prokurorluğunda araşdırma davam etdirilir.



Sənəm Əliyeva