Cəmiyyət
09 iyun 2020
368
“Həftənin son iki günündə karantin qaydalarının tətbiqi…” — Ramin Bayramlı
Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:
"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq”.
R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər”. (trend.az)
Daha çox xəbər:
“Karantin qaydalarına əməl etməyiblər” – TƏBİB sədrinin qohumları VİRUSA YO ...
CəmiyyətRamin Bayramlı: “Vətəndaşlarımızı çox sürətlə itirəcəyik”
ÖlkəSərt karantin rejimində çimərliyə getmək mümkün olacaqmı? — AÇIQLAMA
CəmiyyətHəftəsonu sərtləşdirilmiş karantin rejimi tətbiq ediləcək? — RƏSMİ AÇIQLAMA
CəmiyyətAzərbaycanda şənbə və bazar günləri evdən çıxmağa qadağa qoyulur
Cəmiyyət