Cəmiyyət
09 iyun 2020
379
Övladlığa götürülmə ilə bağlı qaydalarda — DƏYİŞİKLİK
“Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilib.
Report xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara edilən əlavəyə əsasən, “Valideyn himayəsindən məhrum olmuş uşaqları övladlığa götürməyi arzu edən şəxslərin (valideyn-namizəd) övladlığa uşaq götürmək barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı ərizə notarial qaydada təsdiq edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nın 2.16-cı bəndinə müvafiq olaraq “Elektron notariat” informasiya sistemi vasitəsilə “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığa götürmə” altsisteminə ötürüləcək.
Valideyn-namizədin ərizədə qeyd etdiyi məlumatlarda, o cümlədən ailə tərkibində, eləcə də onların faktiki yaşadığı ünvanda dəyişiklik olduqda, valideyn-namizədin məlumatlar yenilənməklə yeni ərizəsi notarial qaydada təsdiqlənərək 10 (on) gün müddətində təkrar olaraq altsistemə ötürüləcək.
Daha çox xəbər:
Baş nazirdən karantin rejiminin pozulmasına görə cərimələrlə bağlı QƏRAR
SiyasətPensiya alanların nəzərinə — Dəyişikliklər var
CəmiyyətAzərbaycanda dərslərin nə vaxt başlayacağı açıqlandı — RƏSMİ
Cəmiyyətİcaze.e-gov.az portalı yenidən aktivləşdirildi — RƏSMİ + VİDEO
CəmiyyətAzərbaycanda karantin rejimi yenidən sərtləşdirildi — RƏSMİ
Cəmiyyət