Cəmiyyət
27 iyul 2020
358
Azərbaycanda 4 gün iş yoxdur — Xüsusi karantin planı hazırlanır

Qurban Bayramı münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür.
Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.
1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust - bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.
Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov isə bildirib ki, Qurban bayramı ilə bağlı müvafiq tədbir planı hazırlanır.
Onun sözlərinə görə, bu bayram digərlərindən fərqli olacaq. Ona görə də xüsusi tədbir planı hazırlanır.

Daha çox xəbər:

Mehriban Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət
Heydər məscidində Qurban bayramı namazı qılınıb
Cəmiyyət
Azərbaycanda Qurban bayramı qeyd olunur
Cəmiyyət
Azərbaycanda dörd günlük bayram tətili başlayır
Cəmiyyət
Qurban bayramı ilə əlaqədar qeyri-iş günləri BELƏ OLACAQ
Cəmiyyət