Cəmiyyət
29 iyul 2020
358

Turizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? — DEPUTAT

Turizm obyektləri, restoran, kafe və iri ticarət mərkəzləri açılır? — DEPUTAT


“Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə başladığı andan etibarən əsas prioritet kimi insanların sağlamlığının qorunması seçilib. Ona görə də mart ayından etibarən tətbiq edilən karantin rejiminin tətbiqi də insanların virusa yoluxmasının minimuma endirilməsi məqsədi daşıyıb. Amma bununla belə hökumət pandemiyanın ölkə iqtisadiyyatına mənfi təsirini minimuma endirmək üçün 3 paket qəbul edib. Buna uyğunda işlər həyata keçirilir”.
Bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.

Millət vəkili avqustun 5-dən sonra ölkədə karantin rejiminin yumşaldılmasını və real sektorun, xüsusən də ictimai iaşə, kafe, restoran, turizm, digər xidmət sektorunun fəaliyyətə başlamasını məqsədəuyğun hesab edir: “Amma bu bizim istəyimizə uyğun yox, pandemiyanın vəziyyətinə uyğun formada Operativ Qərargah tərəfindən qərar qəbul ediləcək. Lakin bizim tövsiyyəmiz ondan iobarətir ki, biznes, xüsusən ictimai iaşə, xidmət, turizm sektorunun fəaliyyətə başlaması üçün yeni qaydalar hazırlanaraq ,başa çatdırılmalıdır. Artıq bir çox ölkələrdə belə bir prkatika tətbiq olunmaqdadır. Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi kafe və restoranlar yeni qaydalara əsasən;- sosial məsafənin gözlənilməsi,masaların yerləşdirilməsi, elektron menyi sistemindən istifadə edilməsi, işləyəcək ictimai iaşə obyektlərindı müştərinlərin sayının limitləşdiriməsi və sair kim meyarlar əsasında fəaliyyətinə icazə vermək məqsədəuyğun olardı.Bura turizm və real sektorun digər sahələrini də aid etmək olar. Yəni yeni standartlar çərçivəsində fəaliyyəti vacibdir. Biz hökumətə belə qaydalar çərçivəsində real sektorun fəaliyyətinə icazə verilməsini təklif edirik”.
Deputat onu da əlavə edib ki, bu gün hətta karatin rejimlərinin yumşaldan bəzi Qərb ölkələri yenidən karantin rejiminin sərtləşdirilməsini müzakirə edirlər: “Hətta bəzi ölkələr yenidən sərtləşmə ilə bağlı qərarlar veriblər. O baxımdan təklif edir ki, karantin rejiminin yumaşaldılması vəziyyətə uyğun mərhələli şəkildə həyata keçirilməlidir. Ancaq bütün hallarda avqustun 5-dək real sektorda, xüsusən də ictimai iaşə obyektləri,turizm, iri ticarət mərkəzlərinin fəaliyyətə başlaması üçün yeni qaydalar hazırlanıb, başa çatdırılmalıdır. Bu sahələrin fəaliyyətinə icazə verilməsi məqsədəuyğun olardı. Necə ki, çimərliklərlə bağlı yeni qaydalar hazırlanır.Bu da nəticə etibarı ilə iqtisadiyyatın digər sahələrinin açılımına təkan verərdi”.