Cəmiyyət
07 avqust 2020
202
Çindən Bakıya gələn həkimlər iş başında – VİDEO
Kliniki tibbi mərkəzin laboratoriyasındayıq. Çin Xalq Respublikasından ölkəmizə gələn xarici həkimlər artıq fəaliyyətə başlayıblar. Onlar yerli həkimlərlə təcrübə mübadiləsi aparırlar.
Real TV xəbər verir ki, xaricdən gələn mütəxəssislər 2 həftə boyunca respublika ərazisində olan xüsusi rejimli xəstəxanalarda mövcud beynəlxalq protokollar əsasında xəstələrin müalicəsini həyata keçirəcəklər.
Bu həftə ərzində biz geniş plan qurduq. Eyni zamanda regionlara səfər edəcəyik və Bakıdakı laboratoriyalarımıza baxış keçirəcəyik və digər laboratoriya qrupunun həkimləri ilə bərabər vebinar da təşkil etməyi planlaşdırmışıq. Onlar bu vebinar vasitəsilə də bizimlə öz təcrüblərini paylaşacaqlar.
Çinli həkimlər laboratoriya aparılan virus testlərinin səviyyəsini yüksək qiymətləndirdilər.
Azərbaycandakı laboratoriyalarda nuklein turşusu testlərini təkmilləşdirmək işində Çinin təcrübələrini istifadə edəcəyik. Azərbaycandakı laboratoriyalarda olduq. Azərbaycanlı həmkarlarımızla birgə əməkdaşlıq şəraitində bu işin səviyyəsini yüksəldəcəyimizə ümid edirik.
Xatırladaq ki, Covid-19 infeksiyasına yoluxan xəstələrin müalicəsində təcrübə mübadiləsi məqsədilə avqustun 4-də Çindən Azərbaycana əsasən infeksionistlərdən ibarət həkim briqadası gəlib.
Daha çox xəbər:
Koronavirus Çindən yayılmadı, dünyanın hər yerində var idi – Pofessordan ŞO ...
DünyaKoronavirusla bağlı ŞAD XƏBƏR ELAN EDİLDİ — GƏLƏN AY...
DünyaBəhram Bağırzadə ilə bağlı həkimlər açıqlama verdi
Şou biznesGələn həftə yoluxma 700-ə qalxa bilər — Azərbaycanlı alimdən SOS
Gündəm, Ölkə“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm” — Prezident
Gündəm, Siyasət