Cəmiyyət
10 iyun 2020
345
Sərt karantin rejimində ev heyvanlarını gəzdirməklə bağlı RƏSMİ AÇIQLAMA
İki günlük sərt karantin rejimi dövründə ev heyvanlarından yalnız itlərin gəzdirilməsinə sərbəst şərait yaradılacaq.
Bunu Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, itlərin gəzdirilməsi üçün konkret müddət nəzərdə tutulmayıb:
“Həftə sonu nəzərdə tutulan sərt karantin rejimi dövründə vətəndaşlar yalnız itlərini çölə çıxardıb gəzdirə bilər. Ancaq bu vəziyyətdən sui-istifadə etmək olmaz. Vaxt və saya gəldikdə isə bu hər bir insanın vətəndaşlıq məsuliyyətidir. Onlar adi vaxtlarda itlərini ehtiyaclarını ödəmək üçün necə çölə çıxarırdılarsa, həmin vaxt dövründə də bu cür etməlidirlər. Bir daha vurğulayıram və xahiş edirəm ki, insanlar sui-istifadəyə yol verməsinlər”.
İ.Məmmədov əlavə edib ki, sərt karantin rejiminin tələblərinə riayət olunmasına polis nəzarət edəcək.
Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə Trend-ə bildirib ki, itlərin parklarda və bulvarda gəzdirilməsinə icazə verilməyəcək: “Ev heyvanını küçəyə çıxarmaq ehtiyacı yarananda vətəndaş onu yalnız yaşadığı binanın həyətinə çıxara bilər. Bu da qısa müddət ərzində olmalıdır. Gücləndirilmiş və sərtləşdirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşları Operativ Qərargahın verdiyi qərarın icrası ilə bağlı bütün lazımı tədbirləri görüb və görəcək”.
Qeyd edək ki, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir, Salyan rayonlarında küçəyə çıxmaq qadağan olunacaq. (trend)
Daha çox xəbər:
Bakı metrosu fəaliyyətini dayandıracaq — RƏSMİ
ÖlkəŞənbə günü sərt karantin rejimi tətbiq edilməyəcək – RƏSMİ İZAH
Gündəm, CəmiyyətSərt karantində şəxsi maşından kim istifadə edə bilər? – QƏRAR
Gündəm, ÖlkəBu həftəsonu sərt karantin rejiminin tətbiqi ilə bağlı – TƏBİB-dən AÇIQLAMA
CəmiyyətBu həftəsonu 3 gün küçəyə çıxmaq qadağası ilə bağlı RƏSMİ AÇIQLAMA
Cəmiyyət