Cəmiyyət
21 avqust 2020
1416
Bu gündən Məhərrəm ayı başlayır

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.
Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.
Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.
Daha çox xəbər:

“Aşura”da qanvermə necə təşkil olunacaq? — AÇIQLAMA
Cəmiyyət
Azərbaycanda Məhərrəm ayı bu tarixdə başlayır
Cəmiyyət
Bu gündən Milli Məclisin növbədənkənar sessiyası başlayır
Siyasət
Azərbaycanda Qurban bayramı qeyd olunur
Cəmiyyət
Yas mərasimləri bu qaydalarla keçirilməlidir — Komitə sədrindən TƏKLİF
Cəmiyyət