Cəmiyyət
22 avqust 2020
387
Bakıda yol dairəsi ləğv edildi — FOTO

Bakının Nərimanov rayonu Əliyar Əliyev küçəsində aparılan təmir işləri çərçivəsində yol hərəkətinin təşkilində müəyyən dəyişikliklər edilib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, vətəndaşların çoxsaylı şikayətləri nəzərə alınaraq Əliyar Əliyev küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsi (Çermet körpüsünün alt hissəsi) Bakı Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən təhlil edilərək yenidən layihələndirilib:
“Layihəyə əsasən, kəsişmədə yerləşən dairə ləğv edilib, nəqliyyat vasitələrinin hərəkəti adacıqlar vasitəsilə tənzimləndirilib, körpünün alt hissəsində hərəkət birtərəfli təşkil edilib və ərazidə müvafiq yol nişanları quraşdırılıb”.



Daha çox xəbər:

Bakı yollarında tıxac var — Avtobuslar gecikir - SİYAHI + FOTO
Cəmiyyət
Ziya Bünyadov prospektindəki qəza tıxac yaratdı - Foto
Hadisə
Sukanal İdarəsinin sahə rəisi qəzada öldü
Kriminal
“20 Yanvar” – “Masazır” istiqamətində hərəkət məhdudlaşdırılacaq
Ölkə
BAKIDA TIXAC — Bu yollarda hərəkət dayandı
Cəmiyyət