Cəmiyyət
26 avqust 2020
336
“Keçmiş deputat 400 min alıb sonra da məndən şikayət etdi”

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sonuncu iclasında vəkil Bəhruz Bayramovla bağlı şikayətə baxılıb.
B.Bayramov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 10 il deputat olmuş bir şəxslə məhkəmə çəkişmələri olub: “Adını çəkmək istəmədiyim keçmiş deputatla mənim hüquqlarını müdafiə etdiyim şəxs arasında mülki işlə bağlı məhkəmə çəkişməsi gedirdi. Üç il əvvəl tərəflər arasında barışıq sazişi imzalandı və keçmiş deputat 400 min dollar pul aldı. İndi isə məhkəməyə şikayət etmişdi ki, pulu almayıb və sazişin ləğv olunmasını istəyirdi. Mənim müvəkkilimi ləyaqətli müdafiə etməyim nəticəsində məhkəmə keçmiş deputatın əleyhinə qərar çıxartdı. O da mənim Vəkillər Kollegiyası üzvlüyündən çıxarılmağım tələbi ilə Kollegiyaya şikayət edib. Orada da qeyd edib ki, mən guya, məhkəmə iclasında onu təhqir etmişəm.
Rəyasət Heyəti bununla bağlı məhkəməyə sorğu verdi və cavab belə oldu ki, mən onu təhqir etməmişəm. Çünki təhqir etsəydim, protokola qeyd olunardı və hakim mənə xəbərdarlıq edərdi. Bununla da həmin keçmiş deputatın kollegiyaya etdiyi şikayət əsassız olduğu üçün işə xitam verildi”.

Daha çox xəbər:

Azərbaycanda deputatın qardaşına cinayət işi açıldı – Dələduzluq
Siyasət
Onu döyən sevgilisini polisə şikayət etdi
Şou biznes
Azərbaycanlı milyarderin boşanma qalmaqalı — Pula görə ana oğluna qarşı çıx ...
Dünya
Rəhim Qazıyevə keçmiş kürəkəni xəsarət yetirib
Kriminal.jpg)
"Oğlum arvadını tövlədə başqa kişi ilə tutdu" — Keçmiş gəlinini yaba ilə ...
Kriminal