Cəmiyyət
03 sentyabr 2020
234
"Artıq AzTV-nin neçənci əməkdaşıdır ki, o yolda maşın vurub öldürür"
"Bununla artıq AzTV-nin neçənci əməkdaşıdır ki, o yolda maşın vurub öldürür. Çətindirmi Parlament prospektində düzgün sürət həddi təyin etmək, lazımi yerlərdə yol nişanları quraşdırmaq? Bəlkə yerüstü keçid? Aidiyyəti qurumlar hara baxır?!"
Azxeber.com xəbər verir ki, bu sözləri tanınmış teleaparıcı Alidə Mustafayeva sosial şəbəkə hesabında yazıb. O ötən gün Səbail rayonunun Parlament prospektində avtomobillə vurularaq dünyasını dəyişən AzTV əməkdaşı Sərxan Məmmədov haqda danışıb.
Aparıcı deyib ki, həmin yolda bu cür bədbəxt hadisə ilk dəfə deyil ki, yaşanır:
"Yazıq deyildimi o 34 yaşlı iki uşaq atası?! Hətta, yazıq Qəbələdən treninqə gəlibmiş. Qismət. Analoji hadisə mən AzTV-də işləyəndə də baş vermişdi. Suflerda işləyən cavan xanımı həmin yerdə maşın vurub öldürmüşdü. Hətta, o vaxt deyirdilər ki, bu artıq neçənci haldır. Bu nə qədər belə davam edəcək?!"
Daha çox xəbər:
AzTV-nin əməkdaşı koronavirusdan dünyasını dəyişdi
ÖlkəAzTV-də 50-dən çox əməkdaşda koronavirus aşkarlandı
CəmiyyətAzTV-də koranavirusa tutulanların sayı artdı — Aralarında aparıcı da var - ...
Gündəm, ÖlkəAzTV-nin mətbuat katibi İŞDƏN ÇIXDI
CəmiyyətAzTV-də koronavirus həyacanı - Karantinə alındı — SON DƏQİQƏ!
Kriminal