Cəmiyyət
17 sentyabr 2020
224

Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi — İstanbuldan Londona təcili uçuş

Qurban Məmmədovu Əli Həsənov belə xilas etdi — İstanbuldan Londona təcili uçuş


Azərbaycan Baş Prokurorluğunun beynəlxalq axtarışa verdiyi Qurban Məmmədovun Türkiyədə saxlanıldığına dair xəbərlər yayıldı. Ardınca oğlu Qoşqar Məmmədovbunu təkzib olundu və atasının Londonda olduğunu bildirdi. Halbuki, Məmmədovun Türkiyədə saxlanıldığını xəbərini də elə oğlu yaymışdı.
Demokrat.az Qurban Məmmədovla bağlı əslində nə baş verdiyi haqda sensasion məlumatlar əldə edib.

Əldə etdiyimiz məlumata görə, Q.Məmmədov Türkiyədə saxlanılıb və onun Azərbaycana ekstradisiyası ilə bağlı proses başlanıb.

Lakin son anda bu baş tutmayıb və Məmmədov İngiltərəyə uçub.
Mənbələrimiz saxlanılan Q.Məmmədovun Azərbaycana ekstradisiyasının qarşısını Prezident keçmiş köməkçisi, hazırda Türkiyədə olan Əli Həsənovun aldığını deyir.

Əli Həsənov Türkiyədəki bütün əlaqələrindən istifadə edərək, Məmmədovun Bakıya göndərilməsinə mane olub və onun təcili İngiltərəyə uçuşunu təşkil edib. Çünki Məmmədov Azərbaycana ekstradisiya olunsaydı istintaqa hər şeyi etiraf edəcəkdi, bununla da Ə.Həsənovun dövlətə qarşı oyunları ifşa olunacaqdı.

“Həsənov Məmmədovun Bakıya göndərilməməsi üçün bütün imkanlarından istifadə etdi”, - mənbə bildirir.