Cəmiyyət
22 sentyabr 2020
252
Koronavirusa görə bağlanan bazardan XƏBƏR VAR

Şəki rayonunda kütləvi yoluxmanın qeydə alındığı və fəaliyyəti üç gün müvəqqəti olaraq dayandırılmış bazar açıldı.
Report xəbər verir ki, "Şəki Bazar" ASC bu gün səhər saatlarında fəaliyyətə başlayıb.
Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargah Şəki şəhərində mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq, sakinlərin COVID-19 infeksiyasına yoluxması hallarının qarşısının alınması məqsədilə "Şəki Bazar" ASCnin üç gün müeddətində fəaliyyətini dayandırmışdı.
Qeyd edək ki, mütəmadi olaraq profilaktik tədbirlərin görülməsinə baxmayaraq, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının əhalisinin də bazarlıq etdiyi “Şəki Bazar” ASC-də alqı-satqı ilə məşğul olan şəxslərin koronavirusa yoluxması ilə əlaqədar aparılan testlər nəticəsində ötən həftə 12 nəfər in virusa yoluxduğu aşkar edilib.

Daha çox xəbər:

Operativ qərargahdan kütləvi yoluxma ilə bağlı YENİ XƏBƏR
Ölkə
12 nəfər koronavirusa yoluxdu, bazar tamamilə bağlandı - Rəsmi açıqlama
Ölkə
Bu gündən metro açıldı
Sosial
Azərbaycanda koronavirusa yoluxma kəskin azaldı — ŞAD XƏBƏR
Ölkə
Bu rayonda koronavirusa yoluxanların sayı sürətlə artdı — NƏZARƏT GÜCLƏNDİR ...
Ölkə