Cəmiyyət
26 sentyabr 2020
298
Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, cərimə olunacaqsınız
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.
Bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.
O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:
“Bu, “Yol hərəkəti haqqında” qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır”. Sfera.az
Daha çox xəbər:
Britaniyada ağır COVID-19 xəstələri üçün dərman tapıldı
DünyaSürücülərə XƏBƏRDARLIQ — Bu yolda cərimələnə bilərsiniz - VİDEO
Sosial“COVID 19-la bağlı müraciətlərin sayı 25% azalıb” — Baş Səhiyyə İdarəsinin ...
ÖlkəPostlar ləğv edilməmişdi ki, bərpa da oluna – Vaqif Əsədov
Gündəm, ÖlkəTürk nazirdən ŞAD XƏBƏR: Koronaya qarşı dərman hazırladıq
Dünya