Cəmiyyət
30 sentyabr 2020
377
Şəhid generalın anasından əsgərlərə ÇAĞIRIŞ

Şəhid general Polad Həşimovun anası cəbhə bölgəsinə gedən, döyüşlərdə iştirak edən vətənin qəhrəman övladlarına çağırış edib.
Unikal.org-a açıqlama verən Səmayə Həşimova cəbhədə döyüşən əsgərlərimizi qələbəyə səsləyib:
“Mən əsgərlərimə deyirəm ki, qolları qüvvətli olsun. Allahın əli onların kürəyində olsun. Can sağlığı ilə, döyüşüb torpaqlarımızı işğaldan azad eləsinlər. Şuşada Azərbaycan bayrağını sancmaq Polad Həşimovun ən böyük arzusu idi.
Əsgərlərimiz bayrağımızı Qarabağımızda, Şuşada sancarkən “Polad Həşimovun ruhu şad olsun” desinlər. Mən Polad Həşimovun anası kimi deyirəm ki, Allah bütün əsgərlərimizə qüvvət və can sağlığı versin.
Dözümlü olsunlar, yaxşı döyüşüb, işğal altında olan bütün torpaqlarımızı düşməndən azad eləsinlər”.
Daha çox xəbər:

Metro stansiyasına general Polad Həşimovun adı veriləcək? — RƏSMİ
Cəmiyyət
Polad Həşimovun adı verilən küçə ilə bağlı - Rəsmi açıqlama
Gündəm, Ölkə
Polad Həşimov küçəsi...
Ölkə
Metro stansiyalarından birinə Polad Həşimovun adının verilməsi ilə bağlı — ...
Gündəm, Ölkə
“Evi şəhid ailəsinə verməyini dostlarından eşitmişdim” - Generalın anası
Ölkə