Cəmiyyət
05 noyabr 2020
340
Bakı Polisindən nəzarət tədbirləri ilə bağlı VACİB AÇIQLAMA

“Ümumi olaraq koronavirusla bağlı paytaxt ərazisində keçirilən reydlər zamanı aşkarlanan nöqsanlar nisbətən azalsa da, hələ də qaydalara əməl etməyən şəxslər var”.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat katibi Elşad Hacıyev məlumat verib.
E.Hacıyev ictimai yerlərdə qoruyucu maskalardan təyinatı üzrə istifadə etməyərək, həm özünün, həm də ətrafdakı insanların sağlamlığına etinasız yanaşan şəxslərə müraciət edib:
“Sanitar-epidemioloji qaydalara cərimələrdən qorunmaq üçün yox, sağlamlığımız üçün əməl etməliyik. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun şəkildə, İnzibati Xətalar Məcəlləsinin (İXM) müvafiq maddəsi ilə tədbir görülür.
Vətəndaşlara tibbi maskalardan cərimədən yayınmaq üçün deyil, sağlamlıqlarını qorumaq məqsədilə istifadə etmələrini tövsiyə edirik”.
Daha çox xəbər:

Sumqayıtda karantin qaydalarına əməl etməyən şəxslərə qarşı reyd keçirilib ...
Bölgə
Bakı Polisindən təhlükəsizlik tədbirləri ilə bağlı VACİB AÇIQLAMA: “Şübhəli ...
Cəmiyyət
Bakıda karantinə nəzarət gücləndirildi
Cəmiyyət
Bakı polisindən beş saat döyüldüyünü deyən şəxslə bağlı — AÇIQLAMA
Kriminal
Liftdə koronavirusa yoluxmamaq üçün bu qaydalara əməl edin
Cəmiyyət