Cəmiyyət
16 noyabr 2020
359
İşğaldan azad olunmuş ərazilərdə yerli strukturlar fəaliyyətə başladı - RƏSMİ
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi işğaldan azad edilmiş ərazilərimizdə yerli strukturların təşkilini davam etdirir.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər, Cəbrayıl, Zəngilan və Qubadlı rayon Dövlət Yanğından Mühafizə hissələri müvafiq olaraq Şuşa, Cəbrayıl, Zəngilan və Qubadlı şəhərlərində fəaliyyətə başlayıb.
Bütün hissələr xidmətin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq texnika və avadanlıqlarla təchiz edilib.
Xatırladaq ki, bundan əvvəl Dövlət Yanğından Mühafizə Xidmətinin Füzuli şəhəri və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli strukturları fəaliyyətə başlamışdı.
Daha çox xəbər:
Şuşada azərbaycanlı polislər fəaliyyətə başladı
BölgəLənkəranda güclü yanğın: 2 azyaşlı öldü
HadisəDüşmən Göygöl və Goranboyu yenidən atəşə tutdu: Meşələrdə yanğın başladı - ...
HadisəAzərbaycanda şiddətli yanğın başladı, helikopterlər HAVAYA QALDIRILDI — SON ...
HadisəSumqayıtda zavodda yanır — SON DƏQİQƏ
Hadisə