Cəmiyyət
16 noyabr 2020
297
Ombudsman Ermənistanın Kəlbəcərdəki ekoloji terroru ilə bağlı beynəlxalq qurumlara müraciət edib

Ombudsman Aparatı ermənilərin Kəlbəcər rayonunda törətdikləri son cinayətlərlə bağlı açıqlama yayıb.
Aparatdan bildirilib ki, təcavüzkar Ermənistan Kəlbəcərdə meşələri qəsdən qırmaqla və yandırmaqla işğal altında saxladığı ərazilərdə ekoloji terroru davam etdirir.
“Bu regionun, ümumilikdə isə planetin ekoloji durumuna ciddi zərər vuran ekoloji cinayətdir.
Ombudsman Səbinə Əliyeva yerli və xarici medianın faktlarla təsdiq etdiyi, ekoloji terroru öz işğalçı əməlləri üçün vasitəyə çevirən Ermənistanın dayandırılması üçün dünya dövlətlərinə, beynəlxalq təşkilatlara, o cümlədən, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində fəaliyyət göstərən beynəlxalq qurumlara müraciət edib”, - Ombudsman Aparatından bildirilib.

Daha çox xəbər:

Ermənistan Kəlbəcərdə ekoloji terroru davam etdirir
Kriminal
Beynəlxalq qurumlara Bərdə terroru barədə hesabat göndərildi
Kriminal
Ombudsmandan Şuşada meşələrin ağ fosforla yandırılması ilə bağlı HƏYƏCAN TƏ ...
Cəmiyyət
Nazirlikdən işğaldan azad olunmuş “Suqovuşan”ın əhəmiyyəti ilə bağlı AÇIQLA ...
Cəmiyyət
BƏYANAT: Ermənistan işğal olunmuş ərazilərdə və sərhəd bölgəsində su ehtiya ...
Ölkə