Cəmiyyət
21 noyabr 2020
249
“Euronews” viran edilmiş Füzulidən reportaj hazırlayıb - VİDEO

Azərbaycan ordusu Füzuli şəhərini işğaldan azad etdikdən sonra bayraqlarını qaldırmaq üçün bir dənə də olsun dağılmamış bina tapa bilmədilər. Bu səbəbdən onlar məhv edilmiş mədəniyyət evinin fasadı ilə kifayətlənməli oldular.
Bu barədə “Euronews”un Füzuli şəhərindən hazırladığı reportajda bildirilir.
Telekanal şəhərin tamamilə minalandığı üçün bura yalnız Azərbaycan hərbçilərinin müşayiəti ilə və yalnız əsas yollarla gəlməyin mümkün olduğunu bildirib:
“Buna görə 30 il əvvəl Füzulidə yaşayan insanlar indi öz evlərinin xarabalıqlarına uzaqdan baxa bilirlər”.
Təqribən 30 il əvvəl öz evini tərk etmək məcburiyyətində qalan Arzu Şəfiyeva da belələrindəndir:
“Bu evdən qaçdığımızda tamamilə fərqli görünüşdə idi. Heç bir şey götürmədik, hər şeyi qoyduq. Evimizin qapısını kilidlədik, geri dönəcəyimizi düşünürdük. İnanıram ki, Allahın köməyi ilə yenə qayıdacağıq, tikəcəyimiz evin yenisinin şəklini çəkəcəyik və müqayisə edəcəyik”.
Reportajda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb.
“Azərbaycan ermənilər tərəfindən məhv edilmiş hər şeyi yenidən bərpa edəcək, Füzuliyə həyatı qaytaracaq və o, yenidən çiçəklənən bir Azərbaycan şəhərinə çevriləcək”, - deyə o bildirib.

Daha çox xəbər:

Hikmət Hacıyev: Füzuli Ermənistanın işğalı nəticəsində xarabalığa çevrilib
Siyasət
İlham Əliyev: “Dəyən ziyan hesablanacaq, ermənilər bu dağıntılara görə cava ...
Gündəm, Siyasət, Video
Prezidentin köməkçisi: “Barışıq asan olmayacaq”
Siyasət
Prezident: “Füzuli çaqqalların, yırtıcı vəhşilərin əlində idi”
Siyasət
Hikmət Hacıyev: "Azərbaycan Ordusu Xankəndində yalnız hərbi obyektləri bom ...
Siyasət