Cəmiyyət
24 noyabr 2020
1041
Sahibə Qafarova Siyavuş Novruzovun təklifi barədə: “Bu məsələ müzakirə mövzusu deyil”
“Bu gün işğaldan azad edilən ərazilərimizdə ciddi şəkildə araşdırmalar aparılır”.
Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, parlamentlərarası işçi qrupları əlaqədə olduğu ölkələrin deputatlarını həmin ərazilərə dəvət etməsi yaxşı olardı:
“Hesab edirəm ki, bu məsələnin öz həllini tapması yaxşı olardı”.
S.Novruzovun çıxışına münasibət bildirən Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, bu gün dövlət tərəfindən kifayət qədər işlər görülür:
“Diplomatik korpusların nümayəndələri gedirlər. Hazırda isə bu məsələ müzakirə mövzusu deyil”.