Cəmiyyət, Video
26 noyabr 2020
390
Kəlbəcərdə rus sülhməramlılarla Azərbaycan hərbçiləri görüşdü - VİDEO

Kəlbəcər rayonunda Rusiya sülhməramlıları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbçilərinin görüşü baş tutub.
Kəlbəcərin girişində baş tutan görüşə "RİA Novosti" xüsusi diqqət çəkib.
Yayılan kadrlardan göründüyü kimi, rus hərbçiləri Azərbaycan əsgərlərinə vəziyyətlə bağlı məlumat verir.
Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən, Azərbaycan Ordusunun bölmələri 25 noyabrdan Kəlbəcər ərazisinə daxil olublar.
Bu tarix əvvəl 15 noyabr müəyyən edililmişdi. Ancaq Ermənistan tərəfinin xahişi, Rusiya tərəfinin vasitəçiliyi ilə bu tarix 10 gün geriyə çəkilib. Beləliklə, 25 noyabr saat 00:00-dan Azərbaycan Ordusunun bölmələri Kəlbəcərə daxil olub. (sonxeber.az)
Daha çox xəbər:

Müdafiə Nazirliyindən ordumuzun Kəlbəcərə daxil olduğu istiqamətlərlə bağlı ...
Bölgə
Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub - RƏSMİ
Cəmiyyət
Bu gün Kəlbəcər işğaldan azad edilir
Bölgə
Ermənilər Kəlbəcərdə vandallıq edir: Evlər, dükanlar... (VİDEO)
Hadisə
Azərbaycan, Rusiya və Ermənistanın XİN başçıları bəyanat qəbul ediblər
Gündəm, Siyasət