Cəmiyyət
26 noyabr 2020
270
Azərbaycanın “yaşıl aptek”i Kəlbəcərin səhiyyə STATİSTİKASI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.
TƏBİB-dən verilən məlumata görə, işğaldan əvvəl rayonda bir Mərkəzi Xəstəxana, bir Uşaq Xəstəxanası, yeddi kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulatoriya mərkəzi fəaliyyət göstərib.
Həmçinin, burada doqquz aptek vətəndaşlara xidmət göstərib.
Ümumiyyətlə, Kəlbəcər rayonu “yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan Ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi.
Artıq Kəlbəcərdə həyat yenidən canlanacaq. Bütün sahələrdə, o cümlədən? səhiyyə sahəsində dirçəlişin və mühüm yeniliklərin şahidi olacağıq. Çünki, biz Kəlbəcərə qayıdırıq.

Daha çox xəbər:

Dövlət başçısı: "Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir"
Siyasət
Kəlbəcər rayonunun təhsil statistikası açıqlandı - FOTO
Ölkə
Azərbaycanda yalnız aptek və ərzaq mağazaları işləyəcək
Cəmiyyət
Hansı səlahiyyətlərin Səhiyyə Nazirliyinə verildiyi məlum oldu — RƏSMİ
Cəmiyyət
Koronaviruslu xəstələr üçün daha 12 xəstəxana ayrıldı — SİYAHI
Ölkə