Cəmiyyət
27 noyabr 2020
328

Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir

Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir


Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovdur.

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Fazil Zeynalov bu işin müqəddəsliyini qoruyub saxlayır. Fazil Zeynalov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Fazil Zeynalovdan danışdılar yaxşı ki, Fazil Zeynalov Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri təyin olunub… Fazil Zeynalov öz isguzarlığı ilə tanınır və seçilir….

Fazil Zeynalov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Fazil Zeynalovu heç vaxt əqidəsindən döndərə bilməz.

Fazil Zeynalov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Fazil Zeynalov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Fazil Zeynalov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Fazil Zeynalovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Fazil Zeynalov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Fazil Zeynalov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Fazil Zeynalov özünü doğruldub. Bizdə hörmətli Fazil Zeynalovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir



Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov - Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir.
Kəlbəcərin azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini, ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla yerinə yetirdi.

Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir


Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi ermənilər çıxarılanadək də talan edilmişdir.Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur. Bu gün Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Ermənistana unitazla qaçan "sakin" erməni məzhəkəsi nümunəsidirsə, azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuran ermənilər isə öz vəhşi, dağıdıcı xislətlərini nümayiş etdirirlər.Kəlbəcər şəhərində məktəb direktorunun orta məktəbə od vurması düşmənin mənəvi-əxlaqi baxımdan dibə vurduğunu, deqradasiyanı dünyaya nümayiş etdirdi. İşğal altında qaldığı müddət ərzində aparılan qanunsuz istismarın miqyasının dəqiq uçotu aparılaraq, işğalçı Ermənistan tərəfi beynəlxalq hüququn tələblərinə uyğun olaraq vurulmuş ziyanın ödəməyə məcbur ediləcək.
Ali Baş Komandanın qətiyyətli iradəsindən, xalqımızın möhtəşəm dəstəyindən ilhamlanan Azərbaycan Ordusu cəbhənin bütün istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vuraraq şanlı qələbəmizi təmin etdi. Ermənistan və ona havadarlıq edən qüvvələr də ordumuzun gücünü və qüdrətini gördü..
Belə bir orduya sahib olan Azərbaycan rəhbəri möhtərəm İlham Əliyev uzun illər ən yüksək tribunalardan daim bəyan edirdi ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək.
Artıq xalqımız o günü yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilməklə, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsi yazıldı. Heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqının səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti rüsvay oldu və bu ölkənin normal həyata qayıtması illər çəkəcək.Ölkəsini uçuruma aparan ermənistan höküməti xalqının gələcəyini düşünmədən atdığı addımlar, işğalçılıq siyasəti bu gün ernəni xalqını acınacaqlı vəziyyətə salıb.
Bütün çətinliklərə baymayaraq ,uzun illər diplomatiya sahəsində, beynəlxalq təşkilatlarda təmsil olunmaqla hüquqi sahədə dünya dövlətlərinin dəstəyi ilə bərabər döyüş meydanında qazandığımız möhtəşəm qələbə azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Məcburi köçkünlər tez bir zamanda öz doğma torpaqlarına qayıdacaq,işğaldan azad olunmuş bütün torpaqlarda həyat bərpa olunacaq, lazımi infrastruktur yaradılacaq,Azərbaycan xalqı Dağlıq Qarabağda əvvəllər oduğu kimi sülh,əminamalıq içində yaşayacaqdır.


Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir
Fazil Zeynalov: Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir