Cəmiyyət
01 dekabr 2020
300
Doğma Laçına kiçik ailə biznesləri ilə qayıdacaqlar

Azərbaycanın daha bir rayonu – Laçın erməni faşizminin əsarətindən azad edildi və 30 ilə yaxın davam edən Laçın həsrətinə son qoyuldu. Bu gün Laçın rayonundan olan özünüməşğulluq proqramı iştirakçılarının da sevincinin, qürur duyğularının həddi-hüdudu yoxdur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən dövrdə proqrama cəlb olunanlar arasında laçınlılar da az deyil.
Proqram çərçivəsində verilmiş mal və materiallar, avadanlıqlar hesabına müxtəlif iqtisadi fəaliyyət növləri üzrə kiçik ailə bizneslərini qurublar.
Onlar yaratdıqları bu bizneslərini də Laçına aparacaqlarını və doğma yurdlarında daha da genişləndirəcəklərini söyləyirlər.

Daha çox xəbər:

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu ...
Gündəm, Siyasət
Rusiyanın sülhməramlı hərbçiləri Laçın dəhlizini nəzarətə götürdü
Cəmiyyət
Əmək müqaviləsi olan əlillərin sayı açıqlandı
Sosial
İşsiz vətəndaşlar üçün — SEVİNDİRİCİ XƏBƏR
Sosial
Nazirlikdən Tovuzda şəhid olan hərbi qulluqçuların ailələri ilə bağlı — AÇI ...
Ölkə