Cəmiyyət
01 dekabr 2020
430

Azər Əliyev: 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi

Azər Əliyev: 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi



Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub

Azər Əliyev: 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini şərəflə yerinə yetirdi


Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Xeberim.info olaraq, Bu münasibət ilə cənab Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyevi və bütün laçınlıları təbrik edirik.

Laçın rayon Şəlvə kənd Uşaq Musiqi Məktəbi 1985-ci ildə təşkil olunmuşdur. Məlum hadisələr səbəbindən məktəb 1992\1993 tədris ilindən başlayaraq öz fəaliyyətini Sumqayıt şəhəri Sarıqaya qəsəbəsindəki “Şəfəq” düşərgəsində inşa edilmiş və Sumqayıt Şəhər Sintez Kauçuk Zavodunun balansında olan klub binasında bərpa etmişdir. Məktəbin daxili ümumi sahəsi 500 kv.m-dir.

Məktəbin direktoru: Əliyev Azər Qurban oğlu

Əliyev Azər Qurban oğlu 20 yanvar 1963-cü ildə, Laçın şəhərində anadanolub. 1978-ci ildə Şuşa musiqi texnikumuna tar ixtisasıüzrə qəbulolunub. 1982-ci ildə texnikumu tam kurs üzrə bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyətvə İncəsənətUniversitetinin Kulturologiya fakultəsinə daxil olub. 2005-ci ildə həmin Unviersiteti bitirmişdir. 1984-cü ildə Laçın şəhər 7-illik uşaq musiqi məktəbinə ixtisas tar müəllimi təyin olunub.

1995-ci ildə Laçın şəhər 7-illik uşaq musiqi məktəbinə direktor vəzifəsinə təyin olunub.

2008-2009-cu illərdə Laçın rayon Mədəniyyət və Turizm şöbəsində müdir vəzifəsində işləyib.

2009-cu ildən hal-hazıra kimi Laçın rayon Şəlvə kənd uşaq musiqi məktəbində direktor vəzifəsin dəişləyir.

Yeni Azərbaycan partiyasının üzvü və Qarabağ Müharibə Veteranıdır.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyevdir.

Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Azər Əliyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Azər Əliyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Azər Əliyevdən danışdılar yaxşı ki, Azər Əliyev Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktorudur… Azər Əliyev öz isguzarlığı ilə tanınır və seçilir….

Azər Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Azər Əliyevin heç vaxt əqidəsindən döndərə bilməz.

Azər Əliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Azər Əliyev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Azər Əliyev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Azər Əliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Azər Əliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Azər Əliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Azər Əliyev özünü doğruldub. Bizdə hörmətli Azər Əliyevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Laçın şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Azər Əliyev - Sosial şəbəkələrdə dünyanın istənilən qitəsindən Azərbaycan xalqının haqlı səsini eşidib, “Qarabağ Azərbaycandır” videoları çəkib, internetdə paylaşırlar. Azərbaycanlı olaraq bu videoları izləmək olduqca qürurverici və ən yüksək müsbət emosional fəxr etmə hissləri yaşayır insan!
Bu gün o gündür ki, hər bir Azərbaycanlı “Fəxr edirəm ki, Azərbaycanlıyam” deyir.
Azərbaycan xalqı pandemiya dövründə COVİD 19 infeksiyası ilə ön cəbhədə vuruşduğu an, məkrli düşmən öz hiyləsindən əl çəkmədi.
Düşmən ölkənin baş naziri utanmadan Qarabağa səfər edib, sərxoş vəziyyətdə rəqs edib, Qarabağ üçün planlar açıqladı. Səfil vəziyyətdə yaşayan öz ölkəsinin xalqının inkişafı üçün plan proqramların hazırlanması əvəzinə, öz fəaliyyəti dövründə Azərbaycan xalqını qıcıqlandırmağa çalışaraq, “Qarabağ Ermənistandır və nöqtə” deməklə, bütün dünyaya bəyan etmək istədi ki, BMT-nin qətnamələrini saymıram, və işğal etdiyim torpaqlardan çıxmıram.
Üzücü idi Azərbaycan xalqı üçün bütün bunları müşahidə etmək. Səbr kasası dolsa da, 30 il uzun müddət olsa da, Azərbaycan xalqı bir yumruq olaraq, Ali Baş Komandanın əmrini gözlədi.
30 il gözləntidən sonra 44 günlük ildırım sürətli müharibə nəticəsində Qələbə sevincini yaşadıq.
Biz qalib gəldik!

Cənab İlham Əliyev hər zaman xalqın yanında olan Prezidentdir. Bütün dövrlərdə və yaşanan hadisələrdə Ölkə başçımız, Prezidentimiz cənab İlham Əliyevin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən Füzuli və Cəbrayıl, Ağdam rayonlarına səfər etdi və öz qələbə sevincini xalqla bölüşdü.
Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür. Xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir.
Xöşbəxtəm ki, Azərbaycanlıyam!