Cəmiyyət
14 dekabr 2020
1090
Manaf Səmədzadə: Zəfər paradı ordumuzun ən güclü ordulardan biri olduğunu bir daha nümayiş etdirdi
Yardımlı rayon Təhsil şöbəsinin müdiri Manaf Səmədzadə - “Dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər Paradı Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu bir daha nümayiş etdirdi. Zəfər Paradında Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın iştirakı və çıxış etməsi Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu, bu münasibətlərin dünyada analoqu olmayan, Bir millət-iki dövlət prinsipinə uyğun davam etdiyini göstərdi”.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan Azərbaycan torpaqlarını azad edərək qəhramanlıq səlnaməsi yazdı. Cənab Prezident İlham Əliyev 2018-ci ilin iyunun 26-da Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə keçirilən hərbi Paradda çıxışında qeyd etmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orda qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətriləcək və hərbi paradda göstəriləcək. Biz bu günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” Artıq həmin günün şahidi olduq. Qəhrəman Azərbaycan Ordusu 8 noyabr tarixində Qarabağın incisi, Azərbaycanın mənəvi paytaxtı Şuşanı azad etdi və Ermənistan 10 noyabr 2020-ci il tarixdə təslimçilik bəyanatını imzaladı.
Düşmən ən müasir silahlarla təmin olunmuş qəhrəman Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyib təslim oldu. Bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi hərtərəfli düşünülmüş, balanslaşdırılmış, müdrik siyasət nəticəsində əldə olunmuşdur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə olduğu kimi hərbi quruculuq sahəsində də böyük uğurlar qazanmışdır. 2003- cü ildən bu günə kimi hərbi xərclərə ayrılan vəsaitin məbləği 15 dəfədən çox artırılmışdır. Son illərdə yaradılmış 20-dən çox hərbi zavodlarda 1200 addan çox hərbi təyinatlı məhsulların istehsalına başlanmışdır. Ordumuz üçün ən müasir texnika və silahlar alınmışdır. Onların arasında zirehli texnika, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, döyüş təyyarələri, ən müasir pilotsuz uşuş aparatları, ən müsir artilleriya qurğuları , uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemlərini və s. göstərmək olar. Azərbaycan Ordusu maddi-texniki təchizatı baxımından dünya miqyasında nadir ölkələrindən biridir.
Vətən müharibəsində Azərbaycan Ordusunun apardığı döyüş taktikası və strategiyası artıq dünyanın hərbi cəhətdən qabaqcıl dövlətlərinin diqqətini cəlb edib: “Azərbaycan Ordusunun apardığı döyüş üsulları XXI əsrin müharibəsinin üsulları kimi qəbul edilir. Azərbaycan Ordusu Zəfər Paradında hərbi potensialını nümayiş etdirdi, həm də beynəlxalq aləmə mesajını verdi. Bu Zəfər Paradı ilə Azərbaycan göstərdi ki, ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək Ordumuz var. Azərbaycan Ordusu düşmən ordusunu darmadağın edən , düşmənə qalib gələn, ərazi bütövlüyümüzü təmin edən bir ordu kimi paradda iştirak etdi. Bunun böyük tarixi əhəmiyyəti var. İndiyə qədər Azərbaycanda keçirilən paradlarla, bu gün keçirilən paradın ən böyük fərqi də bundadır. Qəhrəman Azərbaycan Ordusunun Vətən müharibəsində əldə etdiyi tarixi Qələbə münasibətilə keçirilən bu Zəfər Paradı Azərbaycan xalqının, dövlətinin və ordumuzun qələbə salnaməsi kimi yaddaşlarda əbədi qalacaq”.
Daha çox xəbər:
Zəfər Günü hər il noyabrın 8-də qeyd ediləcək
Gündəm, Siyasət"Hərbi sahəyə ayrılan pullardan səmərəli istifadə olunmur" deyənlərə CAVA ...
Cəmiyyətİlham Əliyevdən Ərdoğana təbrik məktubu
SiyasətZakir Həsənov şəxsi heyəti təbrik etdi
ÖlkəMoskvada Qələbə paradı başlayıb — CANLI YAYIM
Gündəm, Dünya