Cəmiyyət
15 dekabr 2020
185
Parça maskalar gigiyenik deyil - Belə maskalardan istifadə edənlər cərimələnəcək? - VİDEO
Pandemiyadan qorunmaq üçün son vaxtlar daha çox istifadə edilən parça maskalar qoruyuculuq keyfiyyəti baxımından bir sıra suallar doğurur.
Mütəxəssislər deyirlər ki, belə maskaların hazırlandığı şərait və ya tikilərkən istifadə olunan materialın qoruyuculuq xüsusiyyəti hər hansı bir sertifikatla təsdiqlənmədiyi üçün insanlar diqqətli olmalıdırlar.
Xezerxeber.az məlumatına görə, həkim-infeksionist Hicran Xıdırova deyib ki, parça maskalardan istifadə zamanı önəmli olan onların düzgün taxılması və istifadə müddətidir. Çünki bəzi vətəndaşlar parça maskalardan günlərlə istifadə edirlər. Halbuki heç bir maskanı uzunmüddətli istifadə etmək olmaz.
Hicran Xıdırova onu da əlavə edib ki, əgər vətəndaş özünün tikdiyi maskanı yuyub istifadə edirsə, bu zaman müəyyən dezinfeksiya qaydalarına əməl etməlidir.
Qeyd edək ki, sosial şəbəkələrdə sərt karantin rejimi günlərində parça maska taxanların cərimələnəcəyi ilə bağlı fikirlər də səsləndirilib. Bu fikirlər əhali arasında narahatlıq yaradıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev sözügedən iddiaların əsassız olduğunu deyib.
Qurum rəsmisi bildirib ki, tibbi maskalardan istifadə edilməməsi və ya tələb olunan normalara uyğun şəkildə taxılmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyət yaradır.
Daha çox xəbər:
DİN: Yaşadığı evin kandarına maskasız çıxan şəxs cərimələnəcək
HadisəSabahdan küçədə də maska taxılmalıdır - DİN-dən xəbərdarlıq
CəmiyyətSON DƏQİQƏ - Azərbaycanda maskadan istifadə məcburi oldu
ÖlkəBakıda maska taxmayan sakin “Ölmək istəyirəm” deyib operatora hücum etdi – ...
Ölkə“Mən bütün qapalı yerlərdə tibbi maskadan istifadə edirəm” — Prezident
Gündəm, Siyasət