Cəmiyyət
16 dekabr 2020
308
Şəhidimizin son sözləri: “Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” - FOTO

“Düşmən ölmək istəmirsə, rədd olsun Azərbaycan torpaqlarından!” - Bu ifadə Azərbaycan şəhidinin son sözlərindən olub.
Könüllü olaraq cəbhəyə yollanan igidlərimizdən biri də İsmayılov Sabirdir.
Trend məlumatına görə, Sabirabaddan olan Sabir döyüşlərdə iştirak etmək üçün çağırış məntəqəsinə 5 dəfə müraciət edib. Yaxınlarının sözlərinə görə, Sabir İsmayılov uşaq yaşlarından daim hərbçi olmaq və vətənə qulluq etmək arzusunda olub.
Atası Ədalət İsmayılov qeyd edir ki, oğlu iyul hadisələrində Polad Həşimov şəhid olan zaman könüllü adını hərbiyə yazdırmışdı. Vətən müharibəsi başlayanda da müharibədə iştrak etmək istəyən ilklərdən olub.
Anası Təranə İsmayılova bildirir ki, oğlu döyüşlərə getməmişdən qabaq ona deyib ki, vətən bizimdir və biz döyüşməliyik.
Daha çox xəbər:

19 yaşlı qəhrəman: Qəsəbənin 30 ildən sonra ilk şəhidi - VİDEO
Ölkə, Video
Atalar və oğullar: Daşaltı döyüşçüsünün oğlu Qubadlıda qazi oldu - VİDEOREP ...
Gündəm, Ölkə
Deputatın oğlu Qarabağ uğrunda döyüşlərə qatılmaq üçün cəbhəyə yollanıb
Siyasət
Müdafiə Nazirliyi döyüşə getmək istəyən könüllülərə müraciət etdi
Cəmiyyət
Şəhid olan 24 yaşlı hərbçimiz - Foto
Gündəm, Ölkə