Cəmiyyət
17 dekabr 2020
228
Yeni ildə gözlənilən əfv sərəncamı gecikəcək
Bu il Yeni il ərəfəsində imzalanması gözlənilən əfv və ya amnistiya pandemiya səbəbindən gecikə bilər.
"Qafqazinfo" xəbər verir ki, Əfv Məsələləri Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, əfv üçün iclasların keçirilməsi mütləqdir:
“Faktiki olaraq, Komissiyanın iclasları keçirilməklə sonuncu əfv sərəncamı 2019-cu ilin Novruz bayramında verilib. Bu səbəbdən də Komissiyaya hədsiz sayda müraciətlər daxil olub. Həmin müraciətlərin müzakirəsi və araşdırılması isə vaxt tələb edir. Hazırda Komissiyanın katibliyində həmin müraciətlərlə bağlı gərgin iş gedir. Komissiyanın 18 üzvünün indiki pandemiya şəraitində toplaşması və iclaslar keçirilməsi isə qanunvericiliyə ziddir. 2020-ci ildə ölkə rəhbəri tərəfindən verilən əfv sərəncamı pandemiya ilə bağlı 65 yaşdan yuxarı bir qrup şəxsi əhatə edirdi”.
İclasların onlayn keçirilməsinə gəlincə qeyd olunub ki, bu, məlumatların kənara sızma ehtimalına görə nəzərdə tutulmur:
“Daxil olan çox sayda müraciətin Yeni ilədək araşdırılması çətindir. Bu səbəbdən də əfv sərəncamının, yaxud amnistiyanın növbəti ilin Novruz bayramında verilməsi gözlənilir. Amma təbii ki, bütün hallarda Əfv sərəncamının verilməsi Prezidentin konstitusion səlahiyyətlərinə aiddir və ölkə başçısı bu hüququndan istənilən vaxt istifadə edə bilər”.
Daha çox xəbər:
Toyların və yasların keçirilməsinə bu şərtlərlə icazə verilə bilər
SosialYeni təyin olunan XİN rəhbəri kimdir — DOSYE
SiyasətMədət Quliyevə yeni müavin təyin edilib
Siyasət419 nəfər hərbi qulluqçu yeni mənzillərlə təmin olunacaq
Cəmiyyət“Jurnalistlər binasından evlər bu şəkildə verilə bilər” – Qaydalar TƏKLİF O ...
Gündəm, Cəmiyyət