Cəmiyyət
24 dekabr 2020
208

Deputatlar Prezidentin ad gününü təbrik etdilər

Deputatlar Prezidentin ad gününü təbrik etdilər


“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin doğum günüdür. O, hər zaman vətəndaşlarımızın marağını bütün məsələrdən üstün tutur”.

Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O vurğulayıb ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan güclü dövlətə çevrilib: “Ali Baş Komandan İlham Əliyev cəsarətli mövqeyi, sərkərdəlik nümunəsi ilə Vətən müharibəsinin memarıdır. İcazə verin, hamımızın adından Prezident ilham Əliyevi doğum günü münasibətilə təbrik edək və ona yeni-yeni uğurlar arzulayaq”.

Sonra deputatlar ayağa qalxaraq Prezident İlham Əliyevi alqışlayıblar.