Cəmiyyət
06 yanvar 2021
271

Xəzər dənizi 3 dəfə kiçiləcək

Xəzər dənizi 3 dəfə kiçiləcək


Qlobal istiləşmə səbəbindən Xəzər dənizini genişmiqyaslı dayazlaşma təhlükəsi gözləyir. Su hövzəsinin həcmi davamlı olaraq azalır.

Almaniya və Niderland alimlərinin bununla bağlı tədqiqatı “Nature Communications Earth Environment” jurnalında dərc olunub. Alimlər güman edirlər ki, regionda temperaturun yüksəlməsi yerli əhali və təbiət üçün faciəvi nəticələrə gətirib çıxara bilər.

Beləliklə, Xəzər dənizi 2100-cü ildə üç dəfə kiçilə bilər.

Alimlər bunun əsas səbəblərindən birinin yağıntının illik miqdarının azalması olduğuna inanırlar. Bundan əlavə, dənizə axan suların əhəmiyyətli hissəsi suvarma üçün istifadə edilir.

Dənizin dayazlaşması Xəzər suitisinin nəslinin kəsilməsinə gətirib çıxara bilər. Artıq suitilərin sayı azalır.

Bu vəziyyət unikal deyil və postsovet məkanı ərazisində baş verib - Aral gölü praktiki cəhətdən belə yox olub.

Daha əvvəl AMEA-nın akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev bildirib ki, Xəzər dənizi dünya okeanı ilə birbaşa əlaqəsi olmayan, ondan təcrid edilmiş dəniz olduğundan səviyyəsinin mütəmadi dəyişməsi, yəni enib-qalxması təbii haldır.