Cəmiyyət
22 yanvar 2021
239
Vətəndaş razı olmadığı halda cərimə yazan məmur cərimələnəcək
İnzibati Xətalar Məcəlləsində (İXM) inzibati xəta haqqında iş üzrə icraatın aparılması qaydasının pozulması ilə bağlı maddəyə dəyişiklik edilir.
Report xəbər verir ki, dəyişikliyə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, İXM-ni 124.3-cü maddəsinin tələblərini pozaraq həmin xətanı bilavasitə aşkar edən vəzifəli şəxs tərəfindən inzibati tənbeh tətbiq etmə haqqında qərarın çıxarılmasına görə vəzifəli şəxslər cərimə olunacaq.
Bu inzibati xətaya görə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, İXM-in 124.3-cü maddəsində deyilir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
Daha çox xəbər:
Astarada polis maska taxmayanlara qarşı reyd keçirib
BölgəBakıda vəzifəli şəxsin toy məclisində iştirak edənlər cəzalandırıldı — FOTO
HadisəVilayət Eyvazova yeni səlahiyyət verildi
SiyasətSON DƏQİQƏ! Prezident karantinlə bağlı Qanunu təsdiq etdi
Gündəm, SiyasətKarantin cərimələri artırıldı - Yenilənib
Siyasət