Cəmiyyət
04 iyun 2020
387
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Sumqayıt Telekommunikasiya Qovşağının (STQ) beş əməkdaşı koronavirusa yoluxub.
Xeberle.com məlumatına görə, qurumun koronavirus aşkarlanan əməkdaşlarının çalışdığı şöbənin fəaliyyəti dayandırılıb və orada çalışan digər işçilər də karantinə alınıb.
Sumqayıt Telekommunikasiya Qovşağının rəisi Nəriman Salmanovun da sosial izolyasiya olunduğu qeyd olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Mətbuat katibi Günel Gözəlova bildirib ki, “Aztelekom” MMC-nin Sumqayıt Telekommunikasiya Qovşağının Kommersiya şöbəsinin bir əməkdaşı koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınıb:
“Həmin əməkdaşla təmasda olmuş şəxslərin ilkin yoxlanılması zamanı daha dörd nəfərdə test nəticələri pozitiv olub”.
G.Gözəlova vurğulayıb ki, bununla əlaqədar qovşağın daha 18 əməkdaşından testlər götürülüb və nəticələr bəlli olanadək onlar evdə sosial izolyasiya olunublar:
“Qovşağın inzibati binasında, iş otaqlarında mütəmadi dezinfeksiya işləri aparılır. TKQ-nin rəhbərliyinin koronavirus infeksiyasına yoluxma şübhəsi ilə karantinə alınması məlumatı isə həqiqəti əks etdirmir”.
Mətbuat katibi sözlərinə onu da əlavə edib ki, hazırda Sumqayıt TKQ-nin fəaliyyəti normal şəkildə davam etdirilir. Karantin qaydalarına riayət edilməklə abunəçilərə rabitə xidmətləri göstərilir.
Qeyd edək ki, rəsmi məlumata görə, Sumqayıtda indiyədək 260 nəfər koronavirusa yoluxub.
Daha çox xəbər:
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
Gündəm, ÖlkəAzərbaycanda daha 367 nəfər koronavirusa yoluxub — 3 nəfər vəfat edib
ÖlkəAzərbaycanda nazirliyin 7 əməkdaşı koronavirusa yoluxdu – ŞÖBƏ BAĞLANDI
CəmiyyətAzərbaycanda əməkdaşlarında koronavirus aşkarlanan iş yerlərinin SİYAHISI
Gündəm, CəmiyyətAzTV-də koronavirus həyacanı - Karantinə alındı — SON DƏQİQƏ!
Kriminal