Cəmiyyət
28 yanvar 2021
216

Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ

Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı - RƏSMİ


Azərbaycanda yanvarın 18-dən koronavirusa qarşı başlayan vaksinasiya ilə bağlı rəqəmlər açıqlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib.

O bildirib ki, bu günə qədər 50 minə yaxın vətəndaşa peyvənd vurulub:

“Peyvənd vurulan şəxslərin böyük əksəriyyəti səhiyyə işçiləridir”.

Xatırladaq ki, vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə səhiyyə işçilərinə və 65 yaşdan yuxarı şəxslərə vurulur.