Cəmiyyət
05 mart 2021
160

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan İNANILMAZ ADDIM

Ərinin gözünü qazimizə bağışladı - Yəhudi xanımdan İNANILMAZ ADDIM


İsraildən olan yaşlı qadın vəfat edən ərinin gözünü əlil Azərbaycan əsgərinə bağışlayıb.
Bu barədə Xabad-Or-Avner təhsil mərkəzinin direktoru Zamir İsayev məlumat verib.

O deyib:

"Doktor İşay maraqlı bir əhvalat danışdı: Demək, israilli bir qadın rəhmətə getmiş həyat yoldaşının göz buynuzcuqlarını xüsusi olaraq Azərbaycan əsgərinə ianə edib. İndi əsgərimiz məhz bunun sayəsində işıq üzü görüb. Qeyd edim ki, İsrailin səhiyyə naziri, orqanı (göz) İsrail hüdudlarından çıxarmaq üçün xüsusi icazə verib".