Cəmiyyət
29 iyun 2020
313
“Koronavirusa inanmayanlar da cəzalandırılsın”
Deputat Siyavuş Novruzov koronavirusa inanmayıb bu istiqamətdə təbliğat aparanlara qarşı da cəzalandırma mexanizminin olmasını təklif edib.
S.Novruzov deyib ki, bu gün koronavirusa qarşı mübarizə milli təhlükəsizlik məsələsidir: “Hər bir ailə dövlətin əsasını təşkil edir. Kimlərinsə qanunu pozmasının, laqeyd yanaşmasından və təkəbbürü nəticəsində insanlar xəstələnir. Bu zaman biz cərimələri daha kəskin şəkildə sərtləşdirməliyik. Tək cəriməylə yox digər inzibati metodlarla da qarşısını almağa çalışmalıyıq.
Sosial şəbəkələrdə həmçinin təxribat xarakterli fikirlər səslənir ki, pandemiya yoxdur. Bu şəxslərə qarşı da ciddi cəza tədbirləri görülməlidir”.
Daha çox xəbər:
"Oğlumda olan ədalətin Həzrəti Əlidə olduğunu eşitmişəm” — Siyavuş Novruzo ...
ÖlkəKarantin cərimələri artırıldı - Yenilənib
SiyasətSiyavuş Novruzov da koronavirusa yoluxub? — AÇIQLAMA
ÖlkəKoronavirusa inanmayanları hansı cəza gözləyir? — RƏSMİ
Cəmiyyət“Əgər koronavirusa qarşı peyvənd hazırlanarsa…” — TƏBİB sədri
Ölkə