Cəmiyyət
29 iyun 2020
330
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb”
“Son 14 gündə yoluxanların sayı 50 faiz artıb. Bu, çox ciddi rəqəmdir və artım davam edir”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yoluxanların sayının artması Azərbaycan səhiyyə sisteminə təzyiq edərək ciddi gərginlik yaradır:
“Xəstəxanalarda, müalicə müəssisələrində böyük gərginlik hiss olunur. Pandemiya başlayan vaxtda müraciət edən xəstələrin sayı və ağırlıq dərəcəsi fərqli idi. İndi tam əksəriyyəti ağırlaşmış vəziyyətdə müraciət edir. Reanimasiyaya və süni nəfəs aparatına ehtiyacı olanların sayı artıb. Dünyada situasiya stabilləşib. Bu, əks- epidemik tədbirlərin həyata keçirilməsi nəticəsində əldə olunub. Mən istəyirəm ki, bütün tədbirləri sərtləşdirək. Müşahidələr göstərir ki, indiki tədbirlər effektini vermir”.
Daha çox xəbər:
Denge xəstəliyinə yoluxanların sayı artdı
Cəmiyyət“Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır” — Komitə sədr ...
CəmiyyətDaha bir ölkədə maska rejimi təkrar tətbiq olunub
DünyaErmənistanda son 3 gündə 1600-dən çox yoluxma
DünyaTürkiyədə koronavirusa yoluxanların sayı 181 mini ötdü
Dünya