Cəmiyyət
01 sentyabr 2021
302
Bərbərxanalar və gözəllik salonlarının COVID pasportu suallarına RƏSMİ AÇIQLAMA
Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən etibarən - 1 sentyabrdan bir sıra müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir.
Bundan əlavə, vətəndaşların mehmanxanalara, iri ticarət mərkəzlərinə və ictimai iaşə müəssisələrinə daxil olması üçün də COVID-19 pasportu (hər iki doza) tələb olunur.
Bu qərarlar bəzi vətəndaşlar tərəfindən səhv başa düşülüb. Onlar COVID pasportu olmayanların bərbərxanalara və gözəllik salonlarına buraxılmayacağını hesab edir.
Daxili İşlər Nazirliyinin (DİN) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Ölkə.Az-a açıqlamasında vətəndaşların bərbərxana və gözəllik salonlarına gedərkən COVID-19 pasportuna ehtiyac olmadığını deyib:
“Qərara əsasən, bütün iş yerlərində işçi heyət 1 sentyabra qədər birinci, oktyabrın birinə qədər isə ikinci vaksin vurdurmalıdır. Gözəllik salonlarında, bərbərxanalarda vətəndaşlara kütləvi xidmət göstərilmədiyinə görə, həmin yerlərdə müştərilərdən COVID pasportu tələb olunmayacaq”, - deyə o söyləyib.
Daha çox xəbər:
Bu gündən bir sıra məkanlara giriş üçün COVID-19 pasportu tələb olunacaq
CəmiyyətPolis niyə toyları yoxlamağa başladı? – RƏSMİ AÇIQLAMA
CəmiyyətBərbərxana və gözəllik salonlarının fəaliyyəti bərpa olundu
ÖlkəBərbərxana və gözəllik salonları açılır - RƏSMİ
CəmiyyətAviauçuşlar üçün COVID-19 pasportu – YENİ TƏLƏB
Ölkə